“Barselona” belə vəziyyətə düşməmişdi

Dünən İspaniya Kubokunun 1/16 finalında “Barbastro” ilə qarşılaşan və 3:2 hesablı qələbə qazanan “Barselona” antirekorda imza atıb. İspaniya nəhəngi artıq 20 oyundur ki, iki və daha çox top fərqi ilə qalib gələ bilmir.

Bu, “Barselona” tarixində ilkdir. “Blauqrana” son olaraq sentyabrın 19-da “Antverpen”i 5:0 hesabı ilə darmadağın edib. İspaniya nəhəngi Çempionlar Liqasında baş tutan bu görüşün ardından keçirdiyi bütün oyunlarda ya qələbəyə həsrət qalıb, ya da 1 top fərqi ilə üstünlük qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right