Tarixin ən bahalı 5 qış transferi

“Transfermarkt” qış “transfer pəncərəsi” tarixində ən bahalı keçidləri dərc edib. Newsport.az xəbər verir ki, siyahıya 2017-18 mövsümündə 135 milyon avroya “Liverpul”dan “Barselona”ya keçən yarımmüdafiəçi Filip Koutinyo başçılıq edir.

İkinci yerdə “Çelsi” ötən mövsüm “Benfika”ya 121 milyon avro ödədiyi yarımmüdafiəçi Enzo Fernandesdir. İlk “üçlüy”ü 2017-18 mövsümündə 84,6 milyon avroya “Liverpul”un “Sauthempton”dan aldığı mərkəz müdafiəçisi Vircil van Deyk tamamlayır.

Bütün dövrlərin ən bahalı 5 qış transferi arasında hücumçu Duşan Vlahoviç (2021-22 mövsümündə 83,5 milyon avroya “Fiorentina”dan “Yuventus”a) və yarımmüdafiəçi Mixail Mudrik (2022-23 mövsümündə 70 milyon avroya Donetsk “Şaxtyor”undan “Çelsi”yə) də var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right