Mbappe Premyer Liqa variantını düşünür

PSJ-nin hücumçusu Kilian Mbappe bütün mümkün transfer variantlarını, o cümlədən azad agent kimi İngiltərə Premyer Liqasına yollanmaq imkanlarını araşdırmaq istəyir. Newsport.az xəbər verir ki, Fransa millisinin üzvü “Real”ın ona müqavilə ilə bağlı az vaxt verməsindən narahatdı.

“Kral klubu” ulduz futbolçuya qərarını vermək üçün yanvarın sonuna qədər vaxt verib. Madridlilər mümkün uğursuzluq təqdirində başqa variantlara tez yönəlmək üçün bu addımı atıb. Kilian isə tələsmək istəmədiyindən, “Real” variantını arxa plana keçirib.

O, Yurgen Kloppun rəhbərliyi altında “Liverpul”un oyun tərzini bəyənir. Ancaq fransızlar “Liverpul”un forvardın istədiyi maaşı ödəyə bilməyəcəyini düşünür.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdi. Komandanın lideri indidən mövsümün sonu üçün istənilən klubla anlaşa bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right