Terimdən ardıcıl ikinci qələbə

Yunanıstan Superliqasında 17-ci turun oyunları keçirilib. Türkiyəli mütəxəssis Farih Terim yeni komandası “Panatinaikos”la ikinci matçına çıxıb.

Öz meydanında 11-ci pillədə qərarlaşan “Penetolikos”la qarşılaşan “Panatinaikos” rəqibi 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu, Terimin ardıcıl 2-ci qələbəsi olub. Bu tura qədər lider olan PAOK isə “Aris”ə eyni hesabla uduzub.

Bunun sayəsində Fatih Terimin komandası liderliyə yüksəlib. Hazırda 40 xalı olan “Panatinaikos” 1-ci, AEK və PAOK isə 38 xallla 2-3-cü yerləri tuturlar.

“Panatinaikos” növbəti turda səfərdə ən yaxın izləyicisi AEK-lə qarşılaşacaq. Yanvarın 14-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right