Ulduz futbolçu "Fənərbaxça"ya keçə bilər

"Union Berlin"dən ayrılmaq istəyən Leonardo Bonuççi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Fənərbaxça" maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İstanbul təmsilçisi ulduz futbolçu ilə danışıqlara start verəcək.

Qeyd edək ki, Leonardo Bonuççi 2023-cü ilin yayında "Yuventus"la müqaviləsi bitdikdən sonra azad agent statusu ilə "Union Berlin"ə keçib. İtaliyalı futbolçu Bundesliqa təmsilçisinin heyətində 10 rəsmi matçda meydana çıxıb. Onun klubla sözləşməsi yayda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right