“Qalatasaray”ın sabiq futbolçusu klubsuz qalıb

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Xuan Mata “Vissel Kobe”dən ayrılıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.

Mata “Qalatasaray”dan ayrıldıqdan sonra bu ilin sentyabr ayında “Vissel Kobe”yə keçib. 35 yaşlı futbolçu komandanın heyətində bir matçda meydana çıxıb. O, komanda ilə birlikdə Yaponiya çempionluğu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right