Yeni müqavilədən və transferdən imtina etdi, cəzalandı

“Lill” Tyaqu Jalonu cəzalandırmaq istəyir. Futbolçu “Yuventus”a keçməyə razılıq verməsə, mövsümün sonuna kimi əsas komandadan uzaqlaşdırılacaq.

Newsport.az xəbər verir ki, Fransa klubu 23 yaşlı müdafiəçini 3,5 milyon avroya satmağa razılaşıb. Amma oyunçu turinlilərin düşərgəsinə yollanmaq niyyətində deyil. O, yayda azad agent kimi “İnter”ə yollanmaq niyyətindədir. “Lill” isə yeni müqavilə bağlamaqdan boyun qaçıran futbolçunu havayı buraxmamaq üçün bu yola əl atıb.

Qvineya-Bisau əsilli portuqaliyalı “Sportinq” yetirməsidir. O, 2019-cu ildə “Milan”dan 4 milyon avroya transfer olunmuşdu. Futbolçu hazırda uzunmüddətli zədəsini sağaltmaqla məşğuldur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right