Sabiq "Liverpul"lu Səudiyyə Ərəbistanından ayrılmaq istəyir

Yayda "Liverpul"dan ayrıldıqdan sonra "Əl Ettifaq"a keçən Cordan Henderson klubdan ayrılmaq istəyir.

Newsport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanına uyğunlaşa bilmir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Təcrübəli futbolçu Asiya ölkəsində özünü xoşbəxt hiss etmir. O, yenidən Premyer Liqaya qayıtmaq niyyətindədir.

"Çelsi"nin Təcrübəli orta xətt oyunçusu ilə maraqlandığı iddia olunur.

Qeyd edək ki, Cordan Henderson "Əl Ettifaq"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right