"Adana Demirspor"dan ayrılan futbolçu "Beşiktaş"da

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Adana Demirspor"dan ayrılan Yonas Svenssonla razılıq əldə edib. Bu barədə "TRT Spor" məlumat yayıb.

"Qara qartallar" norveçli sağ cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Conas Svensson 2021-ci ilin yayından "Adana Demirspor"da çıxış edirdi. 30 yaşlı arxa xətt oyunçusu cari mövsümdə "mavi şimşəklər"in heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right