Braziliyalı əfsanəvi futbolçu klub prezidenti olub

Braziliya yığmasının sabiq futbolçusu Romario ölkəsinin "Amerika" klubunun prezidenti olub.

Newsport.az xəbər verir ki, bu barədə Rio-de-Janeyro təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Amerika" Braziliyanın ən köklü klublarından biridir. Komanda hazırda Rio-de-Janeyro əyalətinin Ali Liqasında - Karioka çempionatında mübarizə aparır.

Qeyd edək ki, Romario 1994-cü ildə Braziliya yığması ilə dünya çempionu olub. Əfsanəvi forvard karyerasında İspaniyanın "Barselona" və Niderlandın PSV klublarının da formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right