"Çelsi"nin müdafiəçisi "Borussiya"ya keçir

Dortmund "Borussiya"sı müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Çelsi"dən İan Maatseni icarəyə götürəcək. Bu barədə "Sky SPorts" məlumat yayıb.

21 yaşlı sol cinah müdafiəçisi mövsümün ikinci yarısını icarə əsasında Almaniya klubunda keçirəcək.

Qeyd edək ki, "Çelsi" İan Maatsei 2018-ci ilin yayında PSV akademiyasından transfer edib. Niderlandlı arxa xətt oyunçusu bu mövsüm London təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right