Sərdar "Sevilya"ya keçməyə hazırlaşır

İran millisinin hücumçusu Sərdar Azmun karyerasını İspaniyada davam etdirmək şansına sahibdir.

Newsport.az “Marca”ya istinadən xəbər verir ki, “Sevilya” həmin forvardla müqavilə imzalamağa yaxındır.

Əndəlusiya təmsilçisi “Bayer”lə danışığa keçərək, Azmunun “Roma”ya icarə müqaviləsinin ləğv edilməsinin mümkün olub-olmamasını müzakirə edib.

29 yaşlı futbolçu “Rubin”, “Rostov”, “Zenit”də oynadıqdan sonra 2022-ci ildə “Bayer”ə keçib. İranlı 2027-ci il iyunun 30-na qədər Leverkuzen klubuna məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right