“Tottenhem” xorvatiyalı ilə yollarını ayıracaq

Tottenhem”in vingeri İvan Perişiç komandadan ayrılmağa hazırlaşır.

Newsport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Angelos Postekoqlu İngiltərə mətbuatına açıqlamasında təsdiqləyib:

“Perişiç çox işləyir. Onun təcrübəsi bizim üçün vacib idi, lakin düşünürəm ki, biz əməkdaşlığı davam etdirə bilməyəcəyik. O, mövsümün sonuna qədər bizimlə olmayacaq”.

35 yaşlı futbolçu 2022-ci ildən “Tottenhem”də çıxış edir. Onun sözləşməsi bu ilin yayına qədər nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right