"Ayaks" gürcü hücumçunu icarəyə verdi

"Ayaks" Georges Mikautadzeni icarəyə verib.

Newsport.az xəbər verir ki, Niderland klubu gürcü hücumçunu "Metz"ə icarəyə verib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

Fransa klubu mövsümün sonunda 10 milyon avro ödəməklə 23 yaşlı forvardı birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, "Ayaks" Georges Mikautadzeni 2023-cü ilin yayında məhz "Metz"dən transfer etmişdi. Gürcüstün millisinin üzvü Amsterdam təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right