"Qalatasaray" Super Liqa matçına 7 itki ilə çıxacaq

"Qalatasaray" Türkiyə Super Liqasının 18-ci turunda doğma meydanda "Konyaspor"u qəbul edəcək.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi qarşılaşmaya ciddi itkilərlə çıxacaq.

Müdafiəçi Davinson Sançeslə yarımmüdafiəçi Serjio Oliveyra zədəlidir. Saşa Boe və Lukas Torreyra cəzalı durumdadır. Hakim Ziyeşlə Sedrik Bakambu isə Afrika Millətlər Kubokuna yollanıb.

Kərəm Aktürkoğlunun da meydana çıxmayacağı gözlənilir. Məşqçilər korpusu burnundan əməliyyat olunan 25 yaşlı vingerə istirahət verməyi planlaşdırır.

Qeyd edək ki, "Qalatasaray" - "Konyaspor" qarşılaşması 7 yanvar tarixində Bakı vaxtilə saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right