"Mançester Siti"nin sabiq qapıçısı İngiltərəyə qayıdır

"Anderlext"in qapıçısı Kasper Şmeyxel İngiltərə qayıtmağı planlaşdırır.

Newsport.az "MailSport"a istinadən xəbər verir ki, danimarkalı "Şeffild Yunayted"ə keçə bilər.

37 yaşlı qolkiper qış "transfer pəncərəsi"ndə Premyer Liqaya dönməyi planlaşdırır. Onun Belçika nəhəngi ilə müqaviləsi 2024-cü il iyunun 30-a qədərdir.

Xatırladaq ki, "Mançester Siti", "Darlinqton", "Falkirk", "Kardiff Siti", "Koventri Siti", "Notts Kounti", "Lids", "Lester", "Nitsa" klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right