Türkiyədə Səudiyyə Ərəbistanının Baş Konsulluğunun yerləşdiyi küçənin adı dəyişir

Türkiyədə Səudiyyə Ərəbistanının Baş Konsulluğunun yerləşdiyi küçənin adı dəyişir.

Newsport.az xəbər verir ki, Beşiktaş Bələdiyyə sədri Rıza Akpolat məlumat verib.

Bələdiyyə sədri Səudiyyə Ərəbistanı Baş Konsulluğunun yerləşdiyi Akasyalı küçəsinin adının Fəhrəddin Paşa küçəsi olaraq dəyişdiriləcəyini açıqlayıb.

"Dəyərli qonşularım, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun yerləşdiyi Akasyalı küçəsinə Bələdiyyə Məclisimizə təqdim edəcəyimiz təkliflə Birinci Dünya Müharibəsi illərində çətin şəraitdə Mədinəyə və müqəddəs torpaqlarımızı 2 il 7 ay uğurla müdafiə edən vətənpərvər Səhra Pələngi Fəhrəddin Paşanın adını verəcəyik. Küçəmizdə Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürk və Fəxrəddin Paşa üçün xüsusi vizual sahə də olacaq", - bildirib.

Xatırladaq ki,ötən gün Səudiyyə Ərəbistanında oynanılacaq Türkiyə Super Kuboku qarşılaşması ləğv edilib. Buna səbəb yerli hakimiyyətin arenada Atatürk pankartları, köynəkləri və İstiqlal Marşını (Türkiyənin dövlət himni - red.) qadağan etməsi olub.

Səudiyyə rəsmiləri Türkiyə tərəfinin müraciətlərinə mənfi cavab verib. Nəticədə "Qalatasaray" - "Fənərbağça" matçı ləğv edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right