"Barselona"nın sabiq futbolçusu İstanbul klubuna keçə bilər

"Lill"in müdafiəçisi Samuel Umtiti karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, fransalı müdafiəçinin xidmətində "Lill" maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Başakşehir" Umtitini mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Fransa klubunda istədiyi qədər forma şansı qazana bilməyən 30 yaşlı mərkəz müdafiəçisi İstanbul təmsilçisinə keçməyə isti yanaşır.

Qeyd edək ki, Samuel Umtiti 2023-cü ilin yayında "Barselona"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Lill"ə keçib. Təcrübəli futbolçu Liqa 1 təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right