“Gələcəyimlə bağlı hələ qərar verməmişəm” Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard hələ qərar vermədiyini bildirib:

“Gələcəyimlə bağlı hələ qərar verməmişəm. Mən seçim etməmişəm. Heç kim klubdaxili vəziyyətimdən danışmır. Bizim prezident Əl-Xələfi ilə razılaşmamız var. Mənim vəziyyətimə deyil, komandaya diqqət yetirin”.

Daha əvvəl Mbappenin karyerasını “Real”da davam etdirə biləcəyi barədə xəbərlər yayılıb. Futbolçu ilə “Liverpul” da maraqlanır. Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Forvardın klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right