“Bu futbolçuları transfer etməyə imkanımız yoxdur” Xavi

“Barselona”nın baş məşqçisi Xavi klubun maliyyə imkanlarını şərh edib.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis bahalı oyunçuları almaq imkanında olmadıqlarını bildirib:

“Haland, yoxsa Mbappe? İndi Haland və ya Mbappenin “Barselona”ya qoşulmasını düşünə bilmirik. Təəssüf ki, bu futbolçuları transfer etməyə imkanımız yoxdur. Sahib olduğum futbolçulardan razıyam. Biz daha yaxşı səviyyəyə çatmalıyıq, çünki bu klubda biz həmişə zirvədə olmalıyıq”.

18 turdan sonra “Barselona” İspaniya La Liqasının turnir cədvəlində 38 xalla 4-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right