Millinin sabiq forvardının maaşı: 1 avroya oynayacaq

“Atletiko”, "Milan", "Roma" və Xorvatiya millisinin sabiq hücumçusu Nikola Kaliniç “Hayduk”la 5 aylıq müqavilə imzalayıb. 

Newsport.az xəbər verir ki, forvard komandada pulsuz oynayacaq. Onun maaşı simvolik 1 avro olacaq.

Klub prezidentinin sözlərinə görə, Kaliniç komandaya “Hayduk”a çempionluq titulunu qazandırmaq üçün qayıdıb.

Təcrübəli hücumçu peşəkar karyerasına məhz Split təmsilçisində başlayıb və 2009-cu ilə qədər burada oynayıb. O, 2022/2023 mövsümünü də “Hayduk”da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right