Paytaxt klubu rumıniyalı müdafiəçi transfer edəcək

"Tottenhem" "Cenoa"dan Radu Drequşini transfer etmək niyyətindədir.

Newsport.az "The Mirror"a istinadən xəbər verir ki, London təmsilçisi rumıniyalı üçün rəsmi danışıqlara başlayıb.

Tərəflər danışıqların yeni mərhələsinə başlayıblar. İngilislər Genuya təmsilçisinə 23 milyon avro dəyərində təklif göndərib.

"Cenoa" isə Radunun satışından 30 milyon avro qazanmaq istəyir. 

21 yaşlı futbolçu "Yuventus", "Sampdoriya", "Salernitana"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right