"Milan" kolumbiyalının transferi üçün danışıqlara başladı

“Aston Villa”nın hücumçusu Con Duran karyerasını İtaliya A seriyasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, “Milan” Duranın transferi üçün klubu ilə danışıqlara başlayıb. “Rossonyerlər” kolumbiyalı hücumçunu bu qış heyətinə qatmaqda israrlıdır.

Duran bu mövsüm "Aston Villa"nın heyətində 21 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 20 yaşlı hücumçu “Enviqado”, “Çikaqo Fayr”da oynadıqdan sonra 2023-cü ildə “Aston Villa”ya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right