Milner "Mançester Yunayted"in əfsanəsinə çatdı

"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında ən çox oyun keçirən ikinci oyunçu olub.

Newsport.az xəbər verir ki, 37 yaşlı futbolçu "Vest Hem" səfərində ölkə çempionatında 632-ci matçına çıxıb. Təcrübəli orta xətt oyunçusu "Mançester Yunayted"in əfsanələrindən olan Rayan Giqqzə çatıb.

Premyer Liqada rekordçu isə Qaret Barridir. Veteran futbolçu "Aston Villa", "Mançester Siti", "Everton", və "Vest Brombiç"in heyətində 653 qarşılaşmada iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right