Arda Güler bu gün "Real"da debüt edə bilər

İspaniya La Liqasında 19-cu turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, bu gün "Real" doğma meydanda "Malyorka"nı qəbul edəcək.

Türk futbolçu Arda Güler Madrid təmsilçisinin heyətində debüt edə bilər. 18 yaşlı yarımmüdafiəçinin adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilib.

"Real" - "Malyorka" görüşü Bakı vaxtilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, "Real" Arda Güleri yayda "Fənərbaxça"dan transfer edib. Gənc futbolçu zədə səbəbindən "kral klubu"nun heyətində meydana çıxa bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right