"Fənərbaxça"nın futbolçusu Almaniya klubuna keçə bilər

"Fənərbaxça"nın futbolçusu Migel Krespo karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin xidmətində "Ayntraxt" maraqlıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Frankfurt təmsilçisi portuqaliyalı oyunçu üçün "Fənərbaxça"ya rəsmi təklif göndərəcək. İstanbul təmsilçisinin 8-10 milyon avroluq təklifi qəbul edəcəyi bildirilir.

Qeyd edək ki, "Fənərbaxça" Migel Kresponu 2021-ci ilin yayında "Eştoril"dən transfer edib. O. cari mövsümdə komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right