Ulduz futbolçu "Qalatasaray"dan ayrılacaq

Hakim Ziyeşin "Qalatasaray" karyerası qısa çəkəcək.

Newsport.az-ın məlumatına görə, mərakeşli vinger komandadan ayrılmaq istəyir. Bu barədə onun meneceri Corc Qardi açıqlama verib.

Agenti artıq Ziyeş üçün yeni klub axtarır. 30 yaşlı ön xətt oyunçusunun karyeraslnı Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" Hakim Ziyeşi ötən ilin avqust ayında "Çelsi"dən icarəyə götürüb. Mərakeş millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right