"Arsenal"ın futbolçusu Afrika Millətlər Kubokunda iştirak etməyəcək

"Arsenal"ın yarımmüdafiəçisi Tomas Partey Afrika Millətlər Kubokunda oynamayacaq.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı futbolçu zədə səbəbindən Qana yığmasına kömək edə bilməyəcək.

Onun bu turnirdən kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-dək Kot-d'İvuarda keçiriləcək.

Qana millisi  Misir, Kabo-Verde və Mozambiklə eyni qrupda yer alacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right