"Liverpul" İngiltərə Premyer Liqasının XX turunda "Nyukasl"ı məğlub edib - 4:2.
Newsport.az-ın məlumatına görə, Mersisayd təmsilçisinin hücumçusu Məhəmməd Salah bu görüşdə dubl edib. O, bununla da Premyer Liqada vurduğu qolların sayını 151-ə çatdırıb.
Salah çempionatda bir komanda ilə 150 və daha çox qol vuran 5-ci futbolçudur.
Daha əvvəl Harri Keyn ("Tottenhem"), Serxio Aquero ("Mançester Siti"), Ueyn Runi ("Mançester Yunayted") və Tyerri Anri ("Arsenal") bunu bacarıb.