“Real”ın sabiq qapıçısı Keylor Navas Tibo Kurtuanın ciddi zədə almasından sonra keçmiş klubuna öz xidmətini təklif edib.
Newsport.az-ın məlumatına görə, “kral klubu” bu variantdan imtina edib və öncədən də əsas qolkiper adına namizəd olan Kepa Arrizabalaqa ilə müqavilə imzalamaq üçün danışıqları davam etdirib.
Qeyd edək ki, Navas 2014-cü ilin avqustundan 2019-cu ilin sentyabrına qədər Madrid klubunda çıxış edib. Kosta-rikalı bundan sonra o, hələ də məxsus olduğu PSJ-yə keçib.
Keylor Navas klubla birlikdə ardıcıl üç Çempionlar Liqası, İspaniya çempionluğu, ölkə Superkuboku və üç UEFA Superkuboku qazanıb. Bu yaxınlarda Navas Paris klubunda oyun praktikasının olmamasından narazı olduğunu açıqlamışdı.