Massimiliano Alleqri A Seriyasında qeyri-adi rekorda imza atıb

Dekabrın 30-da İtaliya çempionatının 18-ci turunun matçında "Yuventus" "Roma"nı minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu Adrien Rabyo vurub, məhsuldar ötürmə müəllifi isə Duşan Vlahoviç olub.

Newsport.az-ın məlumatına görə, "qoca sinyora"nın baş məşqçisi Massimiliano Alleqrinin A seriyasında bu cür hesabla qazandığı 76-cı qələbədir ki, o da hazırda turnir rekordudur.

O, “Yuventus”dan əvvəl “Kalyari” (2008-2010) və “Milan”a (2010-2014) başçılıq edib. Qeyd edək ki, turinlilər ardıcıl 13 matçdır uduzmur. “Yuventus” sonuncu dəfə sentyabrın 23-də rəsmi oyunda məğlub olub. Bu, İtaliya çempionatının "Sassuolo" ilə oyununda baş verib - 2:4.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right