Rodri: "Bununla fəxr edirəm"

“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri 2023-cü ildə “Qızıl top”un nəticələrindən danışıb.

Newsport.az-ın məlumatına görə, o, 5-ci yeri tutduğu üçün fəxr etdiyini bildirib:

"Fərdi mükafatlar yalnız sizdən asılı deyil. Komandanızını nəticələri buna təsir edə bilər. İlk beşliyə düşmək və belə bir mühitdə olmaq artıq tərifə layiqdir. Səsvermədə 30 finalçı arasında ölkəmi təmsil etməkdən qürur duyuram. Ümid edirəm ki, gələn il bizdən daha çox olacaq. Bu o deməkdir ki, işimiz yaxşı gedir. Hazırda futbolun səviyyəsi çox yüksəkdir. Argentina dünya çempionu oldu, buna görə də Messi bu mükafata layiq idi. Mbappe və Haalanda gəlincə, bunlar hər mövsümdə 40-50 qol vuran insanlardır”.

27 yaşlı yarımmüdafiəçi səsvermədə yalnız Lionel Messi, Erlinq Haaland, Kilian Mbappe və Kevin De Bruynedən geri qalaraq 5-ci yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right