"Mançester Siti" 17 yaşlı hücumçu transfer edir

“Mançester Siti” hücum xəttini yeni futbolçu ilə gücləndirəcək.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “River Pleyt”də çıxış edən Klaudio Eçeverrini transfer edəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb.

“Şəhərlilər” 17 yaşlı vingerin keçidi ilə bağlı Argentina klubu ilə razılıq əldə edib. Gənc oyunçu 2025-ci ilin yanvar ayında “Mançester Siti”yə qoşulacaq.

Qeyd edək ki, Klaudio Eçeverri “River Pleyt”in yetirməsidir. O, əsas komandanın heyətində meydana çıxdığı 6 rəsmi matçda bir qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right