"Mançester Yunayted"in futbolçusu Almaniya klubunda

“Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Beek karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Newsport.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi “Ayntraxt”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Frankfurt təmsilçisi 26 yaşlı futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb. “Ayntraxt” 11 milyon avro ödəməklə oyunçunu birdəfəlik transfer etmək hüququma sahibdir.

Qeyd edək ki, “Mançester Yunayted” Donni van de Beeki 2020-ci ilin yayında “Ayaks”dan transfer edib. Niderland millisinin üzvü cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində 2 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right