"Trabzonspor"un qapıçısı "Roma"ya keçə bilər

“Trabzonspor”un qapıçısı Uğurcan Çakır karyerasını İtaliyada davam etdirə bilər.

Newsport.az xəbər verir ki, 27 yaşlı qolkiperin xidmətində “Roma” maraqlıdır. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.

Türk qapıçı hazırda 35 yaşı olan Rui Patrisionun əvəzləyicisi kimi düşünülür.

Qeyd edək ki, Uğurcan Çakır “Trabzonspor”un yetirməsidir. Türkiyə millisinin üzvü cari mövsümdə Super Liqa təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right