Argentina millisinin sabiq üzvü bu klubla anlaşdı

Argentina millisinin sabiq üzvü Ever Baneqa vətəninə geri dönməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda oynayan təcrübəli futbolçuya Argentina klublarından təklif var. 

O, "Boka Xuniors"un dəvətini geri çevirmək niyyətində deyil.

Baneqa bu klubla anlaşmaq üzrədir.

"Boka Xuniors"un yetirməsi olan 35 yaşlı yarımmüdafiəçi "Valensiya", "Atletiko"(Madrid), "Sevilya", "İnter"də oynadıqdan sonra 2020-ci ildə "Əl-Şabab"a keçmişdi. O, Argentina millisində 2008-2018-ci illər ərzində 65 oyun keçirib 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right