"Beşiktaş" fransalı məşqçi ilə anlaşdı

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisini Bruno Genesionun çalışdıracağı gözlənilir. Artıq tərəflər arasında razılıq əldə olunub.

57 yaşlı mütəxəssislə 1,5 illik müqavilə razılaşdırılıb. Fransalı məşqçinin illik maaşı 3,5 milyon avro olacaq.

Qeyd edək ki, Bruno Genesio son olaraq “Renn”ə rəhbərlik edib. O, noybarın 19-da vəzifəsini tərk edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right