"Torpedo"nun futbolçusu Premyer Liqamızın klublarından təklif alıb

Gürcüstanın "Torpedo" (Kutaisi) kkubunun futbolçusu Merab Qiqaurinin yenidən Azərbaycana qayıtmaq variantına sahibdir.

Newsport.az saytına verilən məlumata görə, gürcünün xidmətində maraqlı olan klublarımız var.

Azərbaycan Premyer Liqasında iştirak edən iki komanda 30 yaşlı yarımmüdafiəçi uğrunda mübarizə aparır. Adı hələ ki, açıqlanmayan həmin klubların hər ikisi Qiqaurinin keçidini qış “transfer pəncərəsi” zamanı reallaşdırmaq niyyətindədir. Lakin futbolçunun formasını geyindiyi Kutaisi klubundan ayrılıb-ayrılmayacağı dəqiq deyil.

Gürcüstan millisinin sabiq üzvü “Yagelloniya”, “Metallurq”(Rustavi), “Tsxinvali”, “Kolxeti-Poti”, “Rustavi”, “Qəbələ”, “Şamaxı” komandalarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right