Türkiyəli siyasətçi "Qalatasaray" - "Fənərbaxça" matçının Xankəndidə keçirilməsini tövsiyyə etdi Foto

Azərbaycan əsilli türk siyasətçi Sinan Oğan Türkiyə Superkuboku uğrunda "Qalatasaray" - "Fənərbaxça" matçının Xankəndində keçirilməsini təklif edib.

Newsport.az xəbər verir ki, əslində, final matçı dünən bu Səudiyyə Ərəbistanında baş tutmalı idi. Lakin ölkə rəhbərliyinin futbolçuların meydana Mustafa Kamal Atatürkün təsviri olan köynəklərlə daxil olmasına qadağa qoyduğuna görə keçirilməyib.Klublar geri çəkilməyib və hətta oteldən stadiona yollanmaqdan imtina ediblər. Hələ final matçından bir neçə ay əvvəl “Azərbaycan bu matça ev sahibliyi etməyi təklif edib, amma heç bir maddi faydası yoxdur” deyən Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi də artıq istefa verib.

Türkiyədə son prezident seçkilərində namizədliyini irəli sürən Oğan iki milyondan az izləyicisi olan sosial şəbəkədəki X səhifəsində Xankəndi şəhər stadionunun fotosunu paylaşaraq belə yazıb:“Əgər həqiqətən də xaricdə oynamaq istəyirsinizə, Xankəndi stadionunu tövsiyə edirəm. Əks halda, bu finalı paytaxtda təşkil edin”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right