Ramil Şeydayevin Tayland karyerası başa çata bilər

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev karyerasında dəyişiklik etmək qərarındadır.

Newsport.az saytına verilən məlumata görə, “Buriram Yunayted”də xoşbəxt olmayan Şeydayev bu komandada və Taylandda qalmamaqda qəti qərarını verib.

Futbolçunun oradan ayrılaraq Avropaya qayıtmaq niyyətində olduğu bildirilir.

O, komandadan ayrılmaq istədiyini “Buriram Yunayted” rəhbərliyinə və məşqçilər korpusuna da bildirib.

27 yaşlı futbolçunun Asiya təmsilçisi ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah" klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right