Moyes bunu 23-cü oyunda bacardı

“Vest Hem”in baş məşqçisi Devid Moyes tilsimi qırıb. O, dünən antirekorda son qoyub.

Newsport.az xəbər verir ki, şotland çalışdırıcı karyerası ərzində ilk dəfə “Arsenal”a səfərdə qalib gəlib. O, bunu hətta “Mançester Yunayted”i çalışdırarkən də bacarmamışdı. “Topçular”a qarşı 23 dəfə komanda çıxaran Moyes dünənədək 18 məğlubiyyət görmüş və yalnız 4 heç-heçəyə sevinmişdi.

Xatırladaq ki, “Vest Hem” dünən səfər oyununda “Arsenal”a 2:0 hesabı ilə qalib. Bu, “topçular”ın liderliyi itirməsi ilə nəticələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right