Ançelotti daha 2 il "Real"da

"Real" baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. 64 yaşlı mütəxəssislə Madrid təmsilçisi arasındakı anlaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Tərəflərin əvvəlki sözləşməsi isə 2024-cü ilin yayına qədər idi.

Bildirilir ki, yaxında "Real" Ançelotti ilə yeni müqavilə imzalanmasını rəsmi şəkildə açıqlayacaq. 

Xatırladaq ki, Ançelotti 2021-ci ilin yayında “Real”a rəhbərlik edir. Hazırda onun komandası La Liqanın turnir cədvəlində 45 xalla liderdir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right