Karlsen oyunlardan əvvəl alkoqol qəbul edirmiş

16-cı dünya çempionu, dünya reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen onlayn şahmat turnirlərində iştirak edərkən spirtli içki qəbul etdiyini etiraf edib.

“Bəli, bəzən spirtli içki qəbul etdikdən sonra onlayn turnirlərdə oynayıram. Amma bu o demək deyil ki, digər şahmatçılara da daha ciddi turnirlərdə bunu tövsiyə edirəm. Şəxsən özüm bunu etməzdim”, – deyə Karlsen qeyd edib.

Xatırladaq ki, Səmərqənddə (Özbəkistan) keçirilən rapid üzrə dünya çempionu olan Karlsen müxtəlif onlayn turnirlər təşkil etməklə ad qazanıb. Özbəkistandakı çempionluq onun üçün karyerasında 5-ci olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right