Nuri Şahin Dortmund “Borussiya”sını çalışdıracaq

“Antalyaspor”un baş məşqçisi Nuri Şahin Dortmund “Borussiya”sını çalışdıracaq. Jurnalist Ertan Süzgünün yazdığına görə, Şahin Almaniya klubunun baş məşqçisi Edin Terziçin məşqçilər korpusuna daxil olacaq, gələn mövsümdən isə komandaya rəhbərlik edəcək.

Terziçin Dortmund “Borussiya”sının idman direktoru vəzifəsini icra edəcəyi bildirilir.

Xatırladaq ki, Nuri Şahin futbolçu kimi “Borussiya”da çıxış edib.

Çempionatın son turunda “Borussiya” – “Maynts” matçı 1:1 hesabı ilə başa çatıb. Bu xal itkisindən sonra Terziçə qarşı tənqidlər bir qədər də artıb. Hazırda “Borussiya” Bundesliqada 16 oyuna 27 xal toplayaraq 5-ci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right