Bu ölkədə ilin ən yaxşı futbolçusu bəlli oldu

Gürcüstanda 2023-cü ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Newsport.az xəbər verir ki, "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya səsvermədə hamını qabaqlayıb.

Gürcüstan millisinin də şərəfini qoruyan 22 yaşlı yarımmüdafiəçi ardıcıl 4-cü dəfə ilin futbolçusu adına layiq görülüb.

Onun "Napoli" ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Xviça "Dinamo"(Tbilisi), "Rustavi", "Lokomotiv"(Moskva), "Rubin", "Dinamo"(Batumi) komandalarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right