Çempionlar Liqasında püşk atıldı

Asiya Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Malayziyada Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası bu ölkənin başqa bir təmsilçisi “Əl-Feyha” ilə üz-üzə gələcək. Braziliyalı Neymarın klubu “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) isə “Sepahan”la görüşəcək.

1/8 finalda aşağıda qeyd edilən cütlüklər qarşılaşacaq:

Qərb (ilk oyunlar 12 və 13 fevral, cavab matçları 19 və 20 fevral)

“Nasaf” (Özbəkistan) – “Əl-Ayn” (Birləşmiş Ərəb Əmirlikləri)

“Əl-Feyha” (Səudiyyə Ərəbistanı) – “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı)

“Sepahan” (İran) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)

“Navbahor” (Özbəkistan) – “Əl-İttihad” (Səudiyyə Ərəbistanı)

Şərq (ilk oyunlar 13 və 14 fevral, cavab matçları 20 və 21 fevral)

“Jeonbuk Hyundai Motors” (Cənubi Koreya) – “Pohang Steelers” (Cənubi Koreya)

“Ulsan Hyundai” (Cənubi Koreya) – “Wanfore Kofu” (Yaponiya)

“Şandunq Tayşan” (Çin) – “Kawasaki Frontale” (Yaponiya)

“Banqkok Yunayted” (Tayland) – “Yokohama Marinos” (Yaponiya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right