"Borussiya" artıq çəkisi olan futbolçuları cərimələyəcək

Almaniyanın "Borussiya" klubu futbolçuları üçün maraqlı cəza üsulu seçib.

Newsport.az xəbər verir ki, Dortmund təmsilçisi Yeni il tətilindən artıq çəki ilə qayıdan oyunçuları cərimələyəcək. Bu barədə RTBF nəşri məlumat yayıb.

Klub rəhbərliyinin qərarına əsasən istirahətdən qayıdan futbolçular artıq olan hər kiloqram çəkiyə görə 1000 avro məbləğində cərimə olunacaq.

Qeyd edək ki, "Borussiya" Bundesliqada 16 turdan sonra 27 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right