"Beşiktaş" və "Fənərbaxça"nın sabiq futbolçusu İstanbulun digər klubunda

"Beşiktaş" və "Fənərbaxça"nın sabiq futbolçusu Jozef De Souza karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Newsport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu dəfə İstanbulun digər klubunda çıxış edəcək.

34 yaşlı orta xətt oyunçusu "Başakşehir"lə anlaşıb. Bu barədə "Sabah" nəşri məlumat yayıb. Təcrübəli futbolçu yeni klubu ilə 1,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Jozef De Souza 2015-2018-ci illərdə "Fənərbaxça"da, 2020-2023-cü illərdə isə "Beşiktaş"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right