Argentina millisinin üzvü "Yuventus"a keçməyəcək

“Atletiko”nun yarımmüdafiəçisi Rodriqo De Paul qış “transfer pəncərəsi”ndə “Yuventus”a keçməyəcək.

Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Turin klubu həm "Atletiko", həm də futbolçunun özü ilə əlaqə saxlayıb.

Bununla belə, ispanlar 29 yaşlı argentinalını satmaq fikrindən daşınıblar.

Çünki son vaxtlarda argentinalı komandanın əsas fiqurlarından birinə çevrilib. De Paul 2021-ci ilin iyulunda "Udineze"dən "Atletiko”ya keçib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right