"İnter Mayami"nin hücumçusu Lionel Messi 2024-cü ildə MLS-in 7 matçını buraxacaq.
Newsport.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Futbolçu Argentina millisinin Amerika kubokunda iştirakı səbəbindən komandanın “Filadelfiya”, “Kolumbus Kru”, “Naşvill”, “Şarlotta” və “Cincinnati” ilə oyunlarında iştirak etməyəcək.
Turnir 2024-cü ilin yayında iyunun 20-dən iyulun 14-dək keçiriləcək. MLS FİFA ilə razılaşmadığından Amerika çempionatının oyunları eyni vaxtda baş tutacaq.
Yeni MLS mövsümü 21 fevral 2024-cü ildə başlayır.